Qaradağ RPİ və Şirvan RPŞ əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 31-də Təcrübəvi dəniz balıqartırma zavodunun baş Şirvan Kollektorunun ərazisindən su qızdırıcısı, qayıq mühərriki və balıq tutmaq üçün torlar oğurlamış Şirvan şəhər sakinləri Zahir Nəsirov, Varis Quliyev, Nəriman Əliyev, Natiq Əhmədov və qardaşı Aqil tutulublar.