Balakəndə hamamda yanmış 95 yaşlı veteran öldü
10 mart 2016 23:16 (UTC +04:00)

Balakəndə hamamda yanmış 95 yaşlı veteran öldü

0

Balakəndə iki gün əvvəl yaşadığı evin vanna otağında partlayış nəticəsində ağır yanıq xəsarətləri alan  95 yaşlı Böyük Vətən müharibəsi veteranı xəstəxanada ölüb.

 

Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, martın 8-i  yanıq xəsarətləri ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən,  rayonun Mahmalar kənd sakini, 1921-ci il təvəllüdlü Məhəməli Mohuma oğlu Mustafayev həkimlərin səyinə baxmayaraq martın 10-u səhər saatlarında aldığı ağır yanıq xəsarətlərindən ölüb.

 

Qeyd edək ki, Böyük Vətən müharibəsi veteranı olan  95 yaşlı M. Mustafayev martın 8-i səhər saat 06 radələrində yaşadığı evin vanna otağında qazı yandırmaq istəyərkən qısa müddətli alovla müşahidə olunan partlayış nəticəsində bədənin 1-ci, 2-ci və 3-ü A dərəcəli ağır termiki yanıq xəsarətləri almışdı.

 

Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 398

Oxşar yazılar