Balakəndə 32 yaşlı qadın itkin düşüb.
Balakən Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Balakən şəhər sakini Azər Fərman oğlu Süleymanov bacısı, 1982-ci il təvəllüdlü Xumar Fərman qızı Paraxovanın iyulun 11-də yaşadığı evdən naməlum istiqamətə getdiyi və bir daha geri qayıtmadığı barədə Balakən RPŞ-ə yazılı müraciət edib.
Balakən RPŞ-də Xumar Paraxovanın tapılması istiqamətində əməliyyat-axtarış qrupu yaradılıb, axtarış tədbirləri aparılır.
Balakən RPŞ-dən APA-ya onu da bildiriblər ki, X. Paraxova ailəlidir, əsəb xəstəliyindən əziyyət çəkir.
Balakəndə 32 yaşlı qadın itkin düşüb
0
0
0
0