Bakının rayonlarında və Abşeronda civə həyəcanı
08 mart 2016 10:27 (UTC +04:00)

Bakının rayonlarında və Abşeronda civə həyəcanı

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda fərdi yaşayış evində termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib. Əməliyyat saat 22:30-da başa çatıb.

 

Oxşar hadisə gecə saatlarında Yasamal rayonunda da baş verib. Yasamalda 2 müxtəlif mənzildə terometrin sınması nəticəsində ətrafa dağılmış civə mütəxəssislər tərəfindən təmizlənib.

 

Gecə saatlarında oxşar müraciət Abşeron rayonundan da daxil olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 233
avatar

Oxşar yazılar