Paytaxtda qadını soyan şəxs tutuldu
29 mart 2016 12:19 (UTC +04:00)

Paytaxtda qadını soyan şəxs tutuldu

0

Bakıda qadına qarşı soyğunçuluq etmiş şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 28-də Nərimanov rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Nailə Mirsəlimovaya zor tətbiq edərək içərisində 76 manat, 50 ABŞ dolları və sənəd olan çantasını alıb. Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Əjdər Həsrətov tutulub. Ondan 2,053 qram tiryək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 265

Oxşar yazılar