Bakının mərkəzində iki nəfərin qanını tökdülər
09 iyun 2014 11:33 (UTC +04:00)

Bakının mərkəzində iki nəfərin qanını tökdülər

Bakıda bıçaqlanma hadisələri olub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, iyunun 7-i saat 07:15 radələrində, R.Behbudov küçəsində Şərur rayon sakini 1982-ci il təvəllüdlü Kamran Novruzov bıçaq xəsarəti ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1988-ci il təvəllüdlü Bakı şəhər sakini Vüsal Sadıxov tutulub.

 

Bundan başqa iyunun 8-də Nizami küçəsində 1995-ci il təvəllüdlü Yevlax rayon sakini Ceyhun Şəfiyev 1983-cü il təvəllüdlü Bakı şəhər sakini Abid Murtuzova bıçaq xəsarəti yetirdiyinə görə Səbail RPİ 39-cu PB-nin əməkdaşları tərəfindən tutulub.

 

Hər iki hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 927
avatar

Nizam Rza

Oxşar yazılar