Bakının mərkəzi prospektində baş verən yol qəzası tıxaca səbəb olub. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, Heydər Əliyev prospektində, kənar yolda, Koroğlu metrosu istiqamətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitələrinin sıxlığı yaranıb.
Sürücülərə alternativ kimi Heydər Əliyev prospekti - əsas yoldan istifadə etmələri tövsiyə olunur.