Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib. Əməliyyat saat 20:20-də başa çatıb.
Oxşar hadisə gecə saatlarında Sabunçu və Suraxanı rayonunlarında da qeydə alınıb. Hər iki halda Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən civə müvafiq qaydada yığılıb və ərazi demerkurizasiya edilib.