Bakıdan anbardan oğurluq baş verib.
DİN-in mətbaut xidmətindən Lent.az-a verilən məlumata görə, martın 24-də Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə rayon ərazisindəki anbarlardan birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla martın 18-dən 24-dək olan müddətdə Babək prospektində yerləşən anbardan 6746 manat dəyərində təmir-tikinti alətlərinin oğurlandığı məlum olub.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla onun Bakı şəhər sakini Namiq Xudaverdiyev olduğu müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb.