Bakıda yük avtomobili qaçırılıb
29 fevral 2016 12:32 (UTC +04:00)

Bakıda yük avtomobili qaçırılıb

0

Bakıda yük avtomobilini qaçıran şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, fevralın 28-nə keçən gecə Xəzər rayonu ərazisindən Bakı şəhər sakini Elman Xanlarova məxsus “QAZ-53” markalı yük avtomobili qaçırılıb. Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Məmməd Abilov tutulub.

 

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar