Bakıda yol qəzası: 2 nəfər xəsarət alıb
16 iyul 2014 06:59 (UTC +04:00)

Bakıda yol qəzası: 2 nəfər xəsarət alıb

0
 Paytaxtın Xətai rayonunda iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın məlumatına görə, hadisə Nobel prospektində qeydə alınıb. Qəza zamanı xanım sürücünün idarə etdiyi “Seat” markalı avtomaşın yoldan çıxıb.

 

Maşın əvvəlcə Təhlükəsiz Şəhər Kamerasının dirəyinə çırpılıb. Sürət yüksək olduğundan avtomobil daha sonra aşıb. Qəza zamanı maşında olan iki sərnişin yüngül xəsarət alıb.

 

Hadisə yerinə Xətai Rayon Polis İdarəsinin əməkdaşları gəliblər. Onlar xanım sürücünü polis idarəsinə dəvət ediblər. Yarasız hala düşən avtomobil isə evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 668

Oxşar yazılar