Bakıda yol polisinin avtomobili qəzaya uğradı
11 iyul 2018 14:42 (UTC +04:00)

Bakıda yol polisinin avtomobili qəzaya uğradı

Bakıda yol polisi avtomobili qəzaya uğrayıb.

 

APA-nın məlumatına görə, hadisə “28 May” metrostansiyası yaxınlığında baş verib.

 

Dövlət Yol Polisi İdarəsinə məxsus BMW markalı, 99 YP 413 dövlət nömrə nişanlı avtomobil “Mercedes” markalı, 90 ZX 636 dövlət qeydiyyat nişanlı maşınla toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 181
avatar

Oxşar yazılar