Binəqədi rayonunda münaqişə zəminində bıçaqlanma hadisəsi baş verib.
ONA-nın məlumatına görə, hadisə 28 may qəsəbəsində qeydə alınıb.
2003-cü il təvəllüdlü Abdullayev Orxan Qadir oğlu tanışı ilə mübahisə edib. Tanışı mübahisə zəminində onun bədənin müxtəlif nahiyələrinə ardıcıl olaraq 3 bıçaq zərbəsi endirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, yaralının vəziyyəti orta-ağırdır.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 40-ci Polis Bölməsində araşdırma aparılır.