Fövqəladə Hallar Nazirliyi bu gün Bakı şəhəri, Nizami rayonunda beşmərtəbəli yataqxana binasında baş vermiş yanğınla bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər veriur ki, binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan mənzilin yanar konstruksiyaları və 3-cü mərtəbədə yaşayan digər vətəndaşa məxsus mənzilin eyvanında quraşdırılmış kondisionerin mühərrik hissəsi yanıb. Yanğın zamanı mənzillərdən 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Mənzildən 1 ədəd 5, 1 ədəd 40 litirlik maye qaz balonları və digər mənzillər yanğından mühafizə olunub. Yanğın saat 15:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
*****
16:03
Bu gün Bakı şəhər Nizami rayonunda məcburi köçkünlərin yaşadığı yataqxana binasında yanğın olub. Lent.az-ın məlumatına görə, "Laçın" ticarət mərkəzinin arxasında yerləşən beşmərtəbəli binada saat 15:20 radələrində yanğın başlayıb. Hadisə yerinə 18 saylı Hərbiləşdirilmiş Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb edilib və binanın 2-ci mərtəbəsindəki yanğın dərhal söndürülb.
Hadisə vaxtı yuxarı mərtəbələrdə yaşayan insanlar binanın dəhlizi tüstüyə büründüyündən aşağı düşə bilməyiblər və xilasedicilər onları təxliyə edib.
Yanğın zamanı xəsarət alan olmayıb.
Fotolar jurnalist Əzizə İsmayılovanın facebook səhifəsindən götürülüb.