Bakıda yaşayış binasında yanğın söndürüldü - YENİLƏNİB
29 iyul 2014 15:09 (UTC +04:00)

Bakıda yaşayış binasında yanğın söndürüldü - YENİLƏNİB

0
 Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, Xətai rayonu, Şirvani küçəsi -  2A ünvanında yerləşən yaşayış binasındakı mənzillərdən birində baş verən yanğına ilkin ehtimala görə qısaqapanma səbəb olub. Həyata keçirilən tədbirlər nəticəsində yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.

 
 
****
 
 
13:01
 
Bakıda yaşayış binasında yanğın başlayıb.

 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, hadisə Xətai rayonu, Şirvani küçəsi 2A ünvanında yerləşən yaşayış binasındakı mənzillərdən birində qeydə alınıb. Yanğının söndürülməsinə 3 yanğınsöndürən maşın cəlb edilib.

 

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1411

Oxşar yazılar