Bakıda oğurluqla məşğul olan şəxslər tutulub.
Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Xətai RPİ 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 20-də X.Məmmədov küçəsindəki binalardan birində quraşdırılmış 50 ədəd yanğınsöndürən vintilləri oğurlamış şəxslər müəyyən edilib. Bakı şəhər sakini İlqar Ələkbərov və Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Zahir Nəzərov tutularaq istintaqa təhvil verilib.
Araşdırma aparılır.