Bakıda yaddaş pozuntusu olan 58 yaşlı kişini axtarırlar
Hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.
Xətai rayonu, K.Kərmov küçəsi, ev 172, mənzil 34a-da yaşayan, 1961-ci il təvəllüdlü Muradov Bəxtiyar Əli oğlu oktyabrın 18-də günorta saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
B.Muradovun qızı Xəyalə Muradova polisə müraciət edərək bildirib ki, atasının yaddaş pozuntusu var.
Faktla bağlı araşdırmalara başlanılıb.
(Trend)
623