Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonunda 2014-sü il təvəllüdlü Əliyeva Məryəm Emin qızının əlinin cakuzi vannasının borusunda sıxılmış vəziyyətdə qalması barədə müraciət daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. M.Əliyevanın əli xilasedicilərin köməkliyi ilə dəlikdən çıxarılıb. Əməliyyat başa çatıb.