Bakıda evdən pul oğurlamış qadın tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 27-də rayonun M.Cəlal küçəsindəki evlərdən birindən 2000 manat və 200 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən, orada xadimə işləyən Bakı şəhər sakini İlhamə Əliyeva tutulub.
Araşdırma aparılır.