Bakıda və Masallıda yanğın oldu
14 may 2015 02:45 (UTC +04:00)

Bakıda və Masallıda yanğın oldu

0

Bakıda və Masallıda yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sabunçu qəsəbəsində dəmiryolunun kənarında mazut qarışıq məişət tullantıları 100 kv.m  sahədə yanıb. Yanğından yaxınlıqdakı dəmiryolu xətti və tikililər  mühafizə olunub.

 

Masallı rayonu, Mahmudavar kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 200 kv. m olan 2 mərtəbəli  6 otaqlı  evin  2-ci  mərtəbəsinin   dəhlizində   ev əşyaları (stol, stul, xalça) 10 kv. m sahədə  və dəhlizin   tavanı 20 kv. m sahədə  və evin  həyətyanı sahəsində  tikilmiş  ümumi sahəsi  48 kv. m olan  köməkçi  tikilinin yanar konstruksiyaları yanıb.  Yanğından  evin qalan hissəsi mühafizə olunub.

 

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 209

Oxşar yazılar