Bakıda toyuq oğruları həbs edilib
28 iyul 2014 12:11 (UTC +04:00)

Bakıda toyuq oğruları həbs edilib

0

Bakıda 200-dən çox toyuq oğruları həbs edilib. Bakı şəhəri, Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Sabuçnu RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Yevlax rayon sakini 1985-ci il təvəllüdlü Rəfail Quliyev və Ağcabədi rayon sakini, 1966-cı il təvəllüdlü Mahir İsmayılov saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, onlar iyunun 26-na keçən gecə, Zabrat qəsəbəsi İstixana Kombinatında yaşayan Həbib İbrahimovun həyətindən 80 ədəd ev quşu, iyunun 30-a keçən gecə, Sabunçu qəsəbəsində Tahir Rəsulovun həyətindəki hindən 28 ədəd toyuq, iyulun 3-ə keçən gecə, Maştağa qəsəbəsi Savalan massivində Balağa Qədirovun həyətindəki hindən 51 ədəd hind quşu və 67 ədəd toyuq oğurlayıblar.

 

Oğurluqda şübhəli bilinən daha bir nəfər həbs edilib. İyulun 1-də naməlum şəxs Bakı şəhər sakini Təzəgül Musayevaya məxsus Ş. Əzizbəyov küçəsində yerləşən ərzaq mağazasına daxil olaraq onu döyüb kassa aparatından 180 manat götürüb qaçıb. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Ağdam rayon sakini 1965-ci il təvəllüdlü Nazim Bağırov tutulub.

 

 

Növbəti oğurluq hadisəsi Bakının Nərimanov rayonunda baş verib. Nərimanov RPİ CAŞ, TŞX, 16-cı PB və ÇPA əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən  Qazax rayon sakini 1987-ci il təvəllüdlü Afiq Osmanov tutulub. Araşdırma zamanı müəyyən edilib ki, A. Osmanov iyulun 23-ə keçən gecə Azadlıq prospektində yaşayan Əminağa Nəcəfov evindən 200 manat oğurlamış, iyulun 25-də sözügedən prospektində Sevinc Əliyevanın mənzilinə, eyvanın açıq qapısından daxil olmaqla, bıçaqla hədələyərək pul tələb edib, ala bilmədən gedib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1013

Oxşar yazılar