Bu gün Bakıda mənzildən kişi meyiti tapılıb. Lent.az xəbər verir ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsində “Akkord”a məxsus binada sakinlər kəskin qoxu hiss ediblər. Məlum olub ki, həmin binadakı mənzildə tək yaşayan Hacıyev Maqsud Talo oğlu evdə ölüb. Dərhal hadisə yerinə FHN-in xilasediciləri gəlib və meyit götürülüb.
Bildirilir ki, M.Hacıyev spirtli içki aludəçisi olub. Bu səbəbdən onun həyat yoldaşı da evi tərk edibmiş.