Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nərimanov rayonunda ikimərtəbəli yaşayış binasının damında daş parçasının asılı vəziyyətdə qalması barədə müraciət daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, bununla da həyətin gediş-gəliş olan hissəsində təhlükəli vəziyyət yaranıb.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri əməliyyat şəraitini öyrənib.
Xilasedicilər bacadan qopan kərpici müvafiq qaydada götürüb və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Əməliyyat başa çatıb.