Bakıda sürücüyə qarşı soyğunçuluq edildi
Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət edən Qazax rayon sakini A.Bağırov oktyabrın 17-də saat 19 radələrində idarə etdiyi “Opel” markalı avtomobilə sərnişin qismində minən 2 nəfərin onu döyərək 88 manat pulunu və mobil telefonunu apardıqlarını bildirib.
Lent.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlərdən Gəncə şəhər sakini S.Ələkbərov qısa müddətdə müəyyən edilərək saxlanılıb, digər şəxs isə müəyyən edilib.
Xətai rayon Polis İdarəsində tərəfindən araşdırma aparılır.
1116