Sürücü yol polislərinin “tabe ol” əmrinə məhəl qoymayıb
Bakının Nərimanov rayonu ərazisində yol polisi ilə “Mersedes” markalı “90 GE 322” dövlət nömrə nişanlı avtomobilin sürücüsü arasında əlbəyaxa dava olub. lent.az-ın qafqazinfo.az-a istinadən xəbər verir ki, sürücü yol polislərinin “tabe ol” əmrinə məhəl qoymayıb.
İnsident zamanı sürücü avtomobili sürətli geri verərkən digər avtomobillə toqquşub.
Lakin o, ərazini tərk edə bilməyib. Yol polisləri onu zorla da olsa avtomobildən düşürərək Nərimanov rayon Polis İdarəsinə aparıblar.