Bu gün Bakıda şübhəli əşyanın tapılması ilə bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Nizami rayonunda şübhəli əşyanın olması barədə informasiya verilib. Hadisə yerinə cəlb olunmuş nazirliyin müvafiq qurumlarının mütəxəssisləri tərəfindən keçirilən əməliyyat-axtarış zamanı təhlükəli əşya aşkar edilməyib. Əməliyyat saat 16:56-da başa çatıb.
Bakıda şübhəli əşya təhlükəsi
1124