Bakıda şirkətin baş ofisində faciəvi hadisə: <span style="color:red;">ölən var
10 iyun 2014 10:46 (UTC +04:00)

Bakıda şirkətin baş ofisində faciəvi hadisə: ölən var

0

Bakı şəhərinin Suraxanı rayonunda intihar hadisəsi baş verib. Lent.az-ın əldə etdiyi məlumata görə, Yeni Suraxanı qəsəbəsi, İ.Məmmədov küçəsində, şirkət ofisində 1978-ci il təvəllüdlü Ağaverdiyev Teymur Orucəli oğlu intihar edib. T.Ağaverdiyev binanın birinci və ikinci mərtəbələri arasındakı yerdə özünü asıb. Onun cansız bədənini şirkət əməkdaşları aşkarlayaraq aidiyyatı üzrə xəbər veriblər.

 

Qeyd edək ki, intihar edən şəxs də həmin şirkətdə çalışırmış.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 8261

Oxşar yazılar