Bakının Suraxanı rayonunda qanlı hadisə baş verib. APA TV-nin məlumatına görə, 27 yaşlı Yusifov Faiq Elman oğlu “2-ci mədən” adlanan ərazidə bıçaqlanıb.
Yaralı xəstəxanaya çatdırlıb. O, dərhal əməliyyat olunub. Hadisə barədə polisə məlumat verilib. Əməliyyatdan sonra Faiq Yusifovun ifadəsi alınıb. O, polis əməkdaşlarına bildirib ki, küçədə ondan siqaret istəyiblər. Faiq siqaretinin olmadığını deyəndə tanımadığı şəxslərlə mübahisəsi düşüb və mübahisə zamanı bıçaqlanıb.
Faktla əlaqədar cinayət işi başlanılıb. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.