Bakıda səfirin pullarını necə oğurladılar?
10 dekabr 2014 13:19 (UTC +04:00)

Bakıda səfirin pullarını necə oğurladılar?

0
Bakıda səfirin kartından pul oğurlanıb.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 8-də Azərbaycan Beynəlxalq Bankının Bank Fəaliyyətinin Təhlükəsizliyini təmin edən əməkdaşı Nəsimi Rayon Polis İdarəsinə  müraciət edərək, iyun ayının 1-dən avqust ayının 18-dək olan müddətdə Küveytin Azərbaycandakı səfirinin bank kartından 22 484 ABŞ dollarının silindiyini bildirib.

 

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində pulun Küveyt səfirliyinin ictimai əlaqələr üzrə mütəxəssisi tərəfindən internet vasitəsi ilə oğurlanması müəyyən edilib.

 

Araşdırmalar aparılır.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 314

Oxşar yazılar