Bakıda saxta dollar satan şəxslər saxlanılıb
26 iyun 2018 11:50 (UTC +04:00)

Bakıda saxta dollar satan şəxslər saxlanılıb

Bakıda saxta dollar satan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, iyunun 25-də saat 21.40-da Xətai Rayon Mühafizə İdarəsinə rayon ərazisindəki bankların birindən daxil olmuş həyəcan siqnalı ilə əlaqədar dərhal polis əməkdaşları həmin ünvana gəliblər. Müəyyən edilib ki, banka gəlmiş 2 nəfər oranın xəzinədarına manata dəyişmək üçün 1 ədəd 100 dollarlıq əskinas verib. Xəzinədar əskinasın saxta olduğunu aşkar etdiyindən bu barədə polisə məlumat verib.

Həmin şəxslər mühafizə polisinin əməkdaşları tərəfindən saxlanılaraq  34-cü Polis Bölməsinə təhvil veriliblər. Araşdırmalarla onların Ağsu rayon sakini Tural Behbudov və Ağdam rayon sakini Emin Aslanov olduqları müəyyən edilib.

Araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 226
avatar

Oxşar yazılar