Bakıda mağazadan 72 ədəd noutbuk oğurlamış şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, sentyabrın 11-də Bakı şəhər sakini Qaraxan İsmayılov ərizə ilə Nizami RPİ-yə müraciət edərək bildirib ki, may-iyul aylarında Q.Qarayev prospektində yerləşən ona məxsus mağazadan, orada satıcı işləyən şəxs 72 ədəd noutbuk oğurlayıb. Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat təbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Anar Səlimov oktyabrın 24-də tutulub.
Araşdırmalar davam etdirilir.