Bakıda Salyan sakinini qətlə yetirən şəxs tutuldu
22 noyabr 2014 15:06 (UTC +04:00)

Bakıda Salyan sakinini qətlə yetirən şəxs tutuldu

0

Bakıda adam öldürməkdə şübhəli bilinən şəxs tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, DİN-in Təhlükəsiz Şəhər Xidməti və Səbail Rayon Polis İdarəsi 8-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 20-də Səbail rayonu ərazisində Salyan rayon sakini Münəvvər Miriyevanı qətlə yetirmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elmar Əliyev saxlanılıb. Elmar Əliyev Binəqədi rayonu ərazisində tutulub.

 

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 928

Oxşar yazılar