Bakıda ev quşu oğurlayan şəxslər tutuldu
14 aprel 2016 12:22 (UTC +04:00)

Bakıda ev quşu oğurlayan şəxslər tutuldu

0

Bakıda 69 ev quşu oğurlamış şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 13-nə keçən gecə Suraxanı rayonunun Binə qəsəbəsində yaşayan Fariz İsmayılovun həyətindən 69 ev quşu oğurlanıb.

 

Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Elçin Ələsgərov və Elxan İsmayılov tutulublar.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar