İyunun 5-də Sabunçu rayonunda quldurluq hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Balaxanı qəsəbə sakini Kifayət Kərimova 12-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək həmin gün evinə gəlmiş qohumu, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Səyyat Hüseynovun bıçaqla onu hədələyib 150 manat tələb edib.
Ev sahibinin kifayət qədər pulu olmadığından keçmiş məhkum evdəki az miqdarda olan pulu götürüb gedib.
Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hüseynov tutulub.
Araşdırmalar davam etdirilir.