Yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən qadın tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhər BPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən mayın 27-də G.Əliyevanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Hyundai” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini N.Əzizova saxlanılıb. Qadın sürücü izahatı alındıqdan sonra buraxılıb.
Araşdırma aparılır.