Bakıda qətl törədən keçmiş məhkum saxlanıldı
Oktyabrın 24-də saat 13 radələrində Yasamal rayonunun M.Muxtarov küçəsində 1 nəfərin Saatlı rayon sakini Daxil Allahyarovu bıçaqla qətlə yetirib hadisə yerini tərk etməsi barədə “102” Zəng Mərkəzinə məlumat daxil olub.
Lent.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, rayonun polis və prokurorluq orqanlarının əməkdaşlarının keçirdiyi təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Səfərov saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
948