Bakıda qadınlara qarşı cinayət törədən şəxslər tutuldu
06 may 2016 12:43 (UTC +04:00)

Bakıda qadınlara qarşı cinayət törədən şəxslər tutuldu

Bakıda qadınların avtomobillərindən oğurluq edən şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirlinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 4-də İrina Borisovaya məxsus “Hyundai” markalı avtomobildən pul və ətir oğurlamış Bakı şəhər sakinləri Ramin Heydərov və Zülal Cəlilov tutulub.

     

R.Heydərovdan 0,162 qram, Z.Cəlilovdan isə 0,164 qram heroin götürülmüşdür. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların aprelin 28-də Zəhra Əliyevaya məxsus “Hummer H-3” markalı avtomobildən mobil telefon, tonometr və fotoaparat oğurlamaları da müəyyən edilib.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 146
avatar

Oxşar yazılar