Bakıda quldurluq etmiş şəxslər tutulub. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, aprelin 24-də Nəsimi rayonunun D.Əliyeva küçəsində şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini Arzu Qafarovanı bıçaqla hədələyib pul verməsini tələb edib. Həmin şəxslər səs-küy yarandığından istədiklərinə nail ola bilməyib və hadisə yerini tərk edib.
Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Saatlı rayon sakini Asim Əliyev və Ağsu rayon sakini Amal Allahverdiyev tutulub.