İyunun 12-də Nəsimi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini G.Quliyevaya zor tətbiq edib içərisində 150 manatı, mobil telefonu, şəxsiyyət vəsiqəsi və kosmetik əşyaları olan çantasını alıb qaçıb. Lent.az-ın DİN-nin saytına istinadən verdiyi məlumata görə, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı Elşən Hüseynov saxlanılıb.
Nəsimi RPİ-də araşdırma aparılır.