Bakıda tələbə qız özünü 3-cü mərtəbədən yerə atıb
Bakının Nərimanov rayonunda İntihara cəhd hadisəsi baş verib.
ONA-nın xəbərinə görə, hadisə Mirəli Qaşqay 97 ünvanında baş verib.
Belə ki, Şəmkir rayon sakini 21 yaşlı Musayeva Ə. Rəşid qızı kirayə yaşadığı binanın üçüncü mərtəbəsindən özünü yerə atıb.
Yaralı sınıq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Ə.Musayeva Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsidir.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
679