Bakıda piyadanı vurub qaçan avtomobilin sürücüsü tutuldu
15 mart 2018 12:15 (UTC +04:00)

Bakıda piyadanı vurub qaçan avtomobilin sürücüsü tutuldu

0

Bakıda xəsarətlə nəticələnən qəza törətmiş sürücü tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 13-də saat 23 radələrində paytaxtın Nizami rayonunun M.Şərifli küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Tofiq Sarıyev vurulub. T.Sarıyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Volkswagen” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini  Ruslan Talıbzadə saxlanılıb.

 

Nizami RPİ tərəfindən araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 405

Oxşar yazılar