Bakıda mağazadan oğurluq edən qadın və yeniyetmə tutulub.
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Nərimanov RPİ 16-cı PB-nin əməkdaşları tərəfindən iyulun 23-də rayon ərazisindəki mağazaların birindən 80 manat və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakinləri Leyla Məmmədova, Samur Uğurluyev və Yevlax rayon sakini olan bir yeniyetmə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.