Bakıda oğurluqla məşğul olan iki qadın tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, noyabrın 7-si saat 17:00 radələrində Naxçıvanski küçəsində yerləşən bazarda Bakı şəhər sakini Ərkinaz Hacıyevanın əl çantasından 200 manat oğurlanıb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Fəridə Quliyeva DİN Çevik Polis Alayı və Nizami RPİ 24-cü PB-nin əməkdaşları tərəfindən tutulub.
Digər qadın isə Xəzər RPİ 2-ci PB və Rayon Mühafizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb. Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Xatirə Ələsgərova yaxalanaraq istintaqa təhvil verilib.