Bakıda oğurluq əməli törətmiş qadın tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 2-də paytaxt sakini Xədicə Mustafayevaya məxsus çantadan 550 manat pul oğurlamış şəxs müəyyənləşdirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz rayon sakini Gülnarə Novruzova tutulub.
Araşdırma aparılır.