Bakıda oğurluqda şübhəli bilinən şəxs tutuldu
27 iyun 2014 10:57 (UTC +04:00)

Bakıda oğurluqda şübhəli bilinən şəxs tutuldu

0

Bakıda oğurluqda şübhəli bilinən şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 2-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, 26 yaşlı Bəhruz Hüseynov saxlanılıb.

 

Aparılan araşdırmalar zamanı B.Hüseynovun martın 11-də Hövsan Südçülük sovxozunda yaşayan Gündüz Məmmədovun evindən 800 manat, qızıl-zinət əşyaları, iyunun 16-da isə Binə qəsəbəsi Südçülük sovxozunda yaşayan Pərvin Cəbrayılovanın evindən 2230 manat, 400 ABŞ dolları və qızıl-zinət əşyaları oğurladığı müəyyən olunub.
 

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 605

Oxşar yazılar