Bakıda oğurlanmış avtomobil kameraya düşdü
06 may 2016 12:54 (UTC +04:00)

Bakıda oğurlanmış avtomobil kameraya düşdü

0

Bakıda avtomobil qaçırılıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 4-də Gəncə şəhərindən Samux rayon sakini Qafqaz Orucova məxsus “VAZ-2106” markalı avtomobili qaçırılıb.

 

Təhlükəsiz Şəhər Xidməti tərəfindən mayın 5-də həmin avtomobilin şəhərin Xətai prospektində hərəkətdə olması aşkar edilib.

 

Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə avtomobil saxlanılmış, hadisəni törətmiş Samux rayon sakini Elxan Səfərov tutulub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 293

Oxşar yazılar