Bakıda oğurlanan maşın Beyləqanda tapıldı
28 iyul 2014 11:36 (UTC +04:00)

Bakıda oğurlanan maşın Beyləqanda tapıldı

0

18 yaşlı maşın oğrusu həbs edilib. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, iyulun 22-də Bakının Biləcəri qəsəbəsi Y. Hüseynov küçəsində yaşayan İlham Məmmədova məxsus «VAZ-21011» markalı avtomobil qaçırılıb. Binəqədi Rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, avtomobil iyulun 26-da Beyləqan rayonunda saz vəziyyətdə tapılıb.

 

Avtomobili qaçıran rayon sakini 1996-cı il təvəllüdlü Aydın Aydınlı tutulub.

 

 

Bundan başqa iyulun 27-də Fətəliyev küçəsində yaşayan Vasif Məmmədova məxsus «VAZ-21074» və M. Əmirov küçəsində yaşayan Hacıağa Cavadova məxsus «VAZ-21074» markalı avtomobillərdən maqnitofon oğurlayanların kimliyi Sabunçu Rayon Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində məlum olub.

 

 

Oğurluqda şübhəli bilinənlər Pirşağı qəsəbə sakinləri 1992-ci il təvəllüdlü Vüsal Zeynalov və 1976-cı il təvəllüdlü Ceyhun Mirzəyev tutulub.

 

Hər iki faktla bağlı araşdırma başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 871

Oxşar yazılar