Bakıda oğurluq etmiş şəxslər tutulub.
Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 1-də Bakı şəhər sakini Pərvanə Xankişiyevaya məxsus kafedən musiqi alətləri oğurlamış şəxslər müəyyən edilib. Paytaxt sakini Mirələm Eyvazov, Saatlı rayon sakini Röyal Qasımov və Ağdaş rayon sakini Rüstəm Cəbiyev tutularaq istintaqa təhvil verilib.