Bakıda mənzilləri qarət edən qardaşlar tutuldu
02 dekabr 2014 01:46 (UTC +04:00)

Bakıda mənzilləri qarət edən qardaşlar tutuldu

0

Polis İdarəsindən Lent.az-a verilən məlumata görə,  Göyçay rayon sakinləri, Sədi və Fərhad Cəfərov qardaşları Şüvəlan qəsəbəsi "Mayak" massivindəki yeni tikilmiş evlərə daxil olaraq oradan kombi və digər tikinti ləvazimatlarını oğurlayıblar.

 

Bakı sakini Hüseynov Füzuli Cahangir oğlunun polisə ərizə ilə müraciət etməsindən sonra Xəzər polisi əməliyyat-axtarış tədbirlərinə başlayıb. Tezliklə əvvəllər də oğurluq və quldurluq maddələri ilə məhkum olunan 1976-cı il təvəllüdlü Fərhad Əzizağa oğlu Cəfərov və 1983-cü il təvəllüdlü Sədi Əzizağa oğlu Cəfərov saxlanılıblar.

 

Aparılan ilkin dindirilmə zamanı qardaşlar törətdikləri cinayət əməlini etiraf ediblər. Eyni zamanda müəyyən olunub ki, bu onların ilk cinayəti deyil. Cəfərov qardaşları təkcə Xəzər rayonu ərazisində 5 evi qarət ediblər. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Fərahim Qasımov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 734

Oxşar yazılar