Bakıda mənzillərdən silsilə oğurluq edən şəxslər yaxalanıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan Vahid Məmmədovun evindən pəncərədən girmək yolu ilə oğurluğa cəhd göstərilib.
Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş qəsəbə sakini Ruslan Hüseynov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun qardaşı Ələkbər, Bakı şəhər sakinləri Əliyusif Fərəcov, Əlvan Zeynalov və onun qardaşı Orxanla birgə mayın 9-dan iyunun 20-dək olan müddətdə K.Əliyevə, Ş.Məmmədzadəyə və N.Bağırova məxus pul və qızıl əşyaları, habelə iyunun 16-da Məhəmməd Bədəlovun evindən 350 manat və 100 ABŞ dolları pul oğurlamaları da müəyyən edilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Ə.Hüseynov, Ə.Fərəcov, Ə.Zeynalov və O.Zeynalov tutulublar.